Şuşadan canlı bağlantı - Rauf Arifoğlu Şuşadan xəbər verir….

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də qala-konsertlə davam edir.

Xudaferin.eu Musavat.com -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva festival ifaçılarının çıxışlarını dinləyirlər.

Mətbuat və ictimaiyyətin bir qrup tanınmış siması da sözügedən festivalda iştirak ediblər. Bu gün saat 14.00-də yayımlanacaq “Canlı debat” Şuşadakı “Xarıbülbül” musiqi festivalına həsr olunacaq. Şuşadan canlı bağlantı ilə tədbirdə iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə efirimizə qatılacaq. O, səfər təəssüratları ilə yanaşı, son məlumatları, Şuşada gördüklərini, redaktorların İlham Əliyevlə görüşü zamanı verdiyi mesajları tamaşaçılarımızın nəzərinə çatdıracaq.

Xudaferin.eu


 

15:39