Tofiq Zülfüqarov: “Ermənistanın siyasi-hərbi rəhbərliyi özlərinin hansı vəziyyətdə olduğunu hələ də hiss etmirlər”
Ermənistan Qarabağ savaşında məğlubiyyətə yaxınlaşdıqca “Ermənistan işğal etdiyi torpaqlardan çıxmağa Minsk Qrupunun üç həmsədr ölkəsinin dövlət rəhbərliyindəki şəxslərin iştirakı və imzası ilə razılıq verməlidir” kimi fikirlər səslənir. Donbasla bağlı bir neçə il öncə Minskdə Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Valdimir Putin və o zamankı Fransa prezidentinin iştirakı ilə imzalanan razılaşma sonda işləməsə də, hər halda, bu cür razılaşma imzalanmışdı. İndi Qarabağ məsələsində bu variant nə dərəcədə mümkündür?
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqrov Xudaferin.eu “Yeni Müsavat”a istinadən bildirdi ki, indiki mərhələdə belə ehtimal o qədər də böyük deyil: “Çünki hələlik biz ciddi şəkildə Ermənistan tərəfindən hansısa açıqlama və məlumatlar eşitməmişik ki, onlar doğrudan da bizim ədalətli mövqeyimizə hansısa yaxınlıq nümayiş etdirir. Əksinə, onların bəyanatları və Azərbaycanın şəhərlərinə dinc sakinlərin üzərinə raket atmaları sülhlə daban-dabana ziddir. Ermənistanın siyasi-hərbi rəhbərliyi özlərinin vəziyyətinin böhranlı və katostrafik vəziyyət olduğunu hələ də, deyəsən, hiss etmir. Reallıq hisslərini unudublar. Odur ki, bu şəraitdə Azərbaycanın əks-hücumu və sülhəməcburetmə əməliyyatını dayandırıb onlara qüvvələrini toplamalarına imkan vermək düzgün olmaz. Prezident oktyabrın 5-də Türkiyənin məşhur ”TRT Haber" televiziya kanalına müsahibəsində söylədi ki, əvvəl Ermənistanın baş naziri etiraf eləməlidir ki, Qarabağ Azərbaycandır. Təbii ki, bu, tezis şəklində fikirdir, amma bunun altında çox ciddi və aydın rəsmi bəyanatlar səslənməlidir ki, ermənilər artıq işğalçı siyasətlərindən əl çəkir və erməni hərbi birıləşmələri Azərbaycanın ərazilərini tərk edirlər. Bugünkü vəziyyət isə onu deyir ki, Ermənistan rəhbərliyinə bunu etməyin zəruri olduğu hələ çatmır. Ona görə də nə qədər ki, bu baş verməyib, hansısa razılaşma mümkün olmayacaq.
Fransa prezidentinin tutduğu mövqe onu deməyə əsas verir ki, Minsk Qrupunun həmsədrləri problemin ədalətli həllinə nail ola bilməyəcəklər. Ən azından Fransanın mövqeyi buna imkan verməyəcək".
Məsələnin BMT-nin vasitəçiliyi ilə həlli barədə deyilənlərə gəlincə, T.Zülfüqarov qeyd etdi ki, BMT artıq bu məsələ ilə məşğul olub və öz bəyanatını verib. Bəyanat ümumi xarakter daşıyır. Onun da səbəbi bəllidir: “Çünki bu bəyanatda ən böyük çatışmayan məsələ ondan ibarətdir ki, BMT özü tərəfindən qəbul olunmuş 4 qətnaməyə istinad eləməyib. ATƏT və onun Minsk Qrupu isə o səlahiyyətlərə malik deyil ki, hansısa dövləti ərazi bütövlüyünü bərpa etmək kimi beynəlxalq sənədlərə əsaslanan addımlarından geri çəkilməyə məcbur eləsin. Üçüncüsü, ondan ibarətdir ki, əslinə qalsa Azərbaycan tələb eləyən məsələləri elə Minsk Qrupu tələb edirdi axı. Onlar deyirdilər ki, birinci mərhələdə sülh yolu ilə beş rayon azad olunmalıdır, sonra ikinci mərhələdə iki rayon azad olunmalıdır. Ermənistan onların bu istəyini qəbul etmədi. İndi əslində Azərbaycan əsgəri elə Minsk Qrupunun istəyini həyata keçirir. Ən çox sülh istəyən elə bizik. Sülhün də bərqərar olmasının yolunu hər kəsə göstəririk. Kim sülh istəmirsə, bu yolu qəbul etmir. O ki qaldı Fransa prezidentinə, onun bəyanatları heç də sülh yaratmağa xidmət etmir və tərəfsiz vasitəçi bəyanatı deyil. Makron öz gələcək daxili seçki gözləntilərinə görə əslidə Minsk Qrupunda Fransanın vasitəçiliyinə nöqtə qoyacaq vəziyyət yaradır. Makronun yanlış mövqeyi ona gətirib çıxara bilər ki, Azərbaycan Fransanı vasitəçi kimi qəbul etməsin”.
Sülh hansı halda mümkündür?

xudaferin.eu
10:46
Digər xəbərlər