"Siz heç utanıb ölmədinizmi ölkə başçısının fonunda dayandığı o 17-ci əsrin tibb müəssisəsindən?"
"Siz heç utanıb ölmədinizmi ölkə başçısının fonunda dayandığı o 17-ci əsrin tibb müəssisəsindən?"
Mən bunu yazmaya bilməzdim. Dünən Respublika Narkoloji Mərkəzdə baş verən məlum faciə zamanı həyatını itirmiş bütün insanların doğmalarına və yaxınlarına baş sağlığı diləyir və onlara Allahdan səbr diləyirəm. Amma, Bakıdakı dünənki faciə həm də bizim hər gün böyük narahatçılıqla yazdığımız, haray çəkdiyimiz bir məsələni BÜTÜN DÜNYAYA tam çılpağlığı ilə göstərdi.
Yazacaqlarımı çox xahiş edirəm heç yana yozmayın. Mənim hər hansı siyasi mənsubiyyətim yoxdur və istəmirəm ki, bu faciədən də kimlərsə öz məqsədləri üçün istifadə etsin.
Dünən bir daha sübut olundu ki, ölkədə bəzi icra strukturlarının məsul şəxsləri Prezidentə yalan məlumatlar verir və onu aldatmağa çalışırlar. Faciə ilə bağlı bütün dünyanın xəbər agentliklərini, sosial mediyasını dolaşan o şəkilləri ürək ağrısı ilə seyr etdim. Və sözüm birbaşa səhiyyə naziri Oqtay Şirəliyevə, Bakı meri Hacı Bəla Abutalıbova və Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovadır. Sizə çox-çox ayıb olsun. Sizə dövlətdən aldığınız o çox yüksək məvacibin də şəxsən mənim ödədiyim vergidən düşən hissəsini əsla halal eləmirəm.
Siz heç utanıb ölmədinizmi ölkə başçısının fonunda dayandığı o 17-ci əsrin TİBB Müəsissəsindən? Siz utanıb xəcalət çəkmədinizmi 21-ci əsrin Tibb Müəsissəsinin həyətinin, yollarının bərbad vəziyyətindən?
Bəli, siz o qədər özünüzə arxayın olmusunuz və düşünmürdünüz ki, ölkə başçısı şəxsən gəlib öz gözləri ilə belə bir ACINACAQLI mənzərəni görə bilər. Bəli, baş vermiş faciə ilə bağlı yəqin ki, kimlərsə cavab verməli olacaq. Və çox istərdim ki, harınlamış, vəzifələrindən sui-istifadə edən nazir və icra başçıları, Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri də CİNAYƏT MƏSULİYYƏTİNƏ cəlb edilsinlər. Yetər artıq siz göstəriləni etimaddan sui-istifadə edirsiniz və formalizmlə, yalanla, gözə kül üfürməklə məşğulsunuz.
Cənab Prezident! Hörmətli Ali Baş Komandan!
Ən sərt tədbirlər görün bəzi vəzifəli şəxslərə qarşı. Onlar Sizə üzünüzə gülməklə, faktiki yalanlar söyləyir, ölkəmizin adına xələl gətirir, vətəndaşlar arasında dövlətə qarşı narazılıq yaradırlar.
İnşallah, aprel ayından o yana keçməməlidir bir çox nazir və icra başçılarının öz vəzifə borclarına səhlənkar yanaşmalarının müddəti. Ətrafınızda kifayət qədər savadlı, bacarıqlı və Azərbaycan dövlətinə və dövlətçiliyinə bağlı cavan kadrlar. Dünən sizin əhatənizdə faciə yerində durmuş bəzi şəxslər hesab edirəm ki, bu gün artıq ya DTX-nın, ya da Bakı İstintaq Təcridxanasının kamaeralarında oturub buraxdıqları kobud səhvləri yadlarına salmalı idilər. Hesab edirəm ki, baş vermiş faciə çox ciddi şəkildə araşdırılmalı və ən sərt və ciddi nəticələr olmaqla yekunlaşmalıdır.
Tanrı Azərbaycanımızı bivec və öz vəzifələrinə səhlənkar yanaşan məmurlardan qorusun!
"Siz heç utanıb ölmədinizmi ölkə başçısının fonunda dayandığı o 17-ci əsrin tibb müəssisəsindən?"
23:13