“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 20-dək ölkənin təcrübəsi öyrənilib

Bu gün “Siyasi partiyalar haqqında” qanun layihəsi artıq təkmilləşmiş variantda müzakirəyə çıxarılıb. Azərbaycanda cəmiyyətin bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar aparılır. Bunların nəticəsində ölkəmizdə çox ciddi dəyişikliklər həyata keçirilir. Bütün bunlar belə bir qanun layihəsinin ərsəyə gəlməsini zəruri edirdi.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

O bildirib ki, “Siyasi partıyalar haqqında” Qanunun qəbulundan 30 il keçir. Yeni qanun layihəsinin hazırlanması üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycanın ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsi yeni dövrün tələblərinə cavab verməli idi. Sənəd hazırlanarkən beynəlxalq tələblər nəzərə alınıb.

“Azərbaycan Avropa məkanın tərkib hissəsi olduğu üçün, ilk növbədə, Avropanın qabaqcıl dövlətlərinin təcrübəsi, ölkəmizdəki siyasi sistemin prinsipləri mütləq nəzərə alınmalı idi. Sənəd hazırlanarkən 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib”, - deyə Fəzail İbrahimli qeyd edib .

Xudaferin.eu

15:53