Şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsi

AZƏRTAC

Şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsi - FOTO
10.11.2020 [11:10]SİYASƏT
Bakı, 10 noyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı qələbə müjdəsindən sonra paytaxtımızın minlərlə sakini, şəhərimizin qonaqları, bölgələrdən gələn insanlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışmaqdadır. Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var.
Burada Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. Şəhidlərin ölməz ruhu anılır, onların xatirəsinə hörmət və ehtiram nümayiş etdirilir, Müzəffər Ali Baş Komandanın və rəşadətli ordumuzun şərəfinə şüarlar səsləndirilir.

Xudafərin.eu

11:18