Sankt-Peterburqda MDB-yə üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək

Dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

“Sizi dekabrın sonunda Sankt-Peterburqda MDB-yə üzv ölkələrin başçılarının qeyri-rəsmi, səmimi görüşünün keçiriləcəyi barədə məlumatlandırıram”, - deyə Y.Uşakov bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Xudaferin.eu

 

15:16