San-Dieqoda amerikalı fotoqrafın Bakıya həsr edilən fotosərgisi açılıb
ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqo şəhərində Nik Agelidis adlı amerikalı peşəkar fotoqrafın Bakıya həsr olunmuş sərgisi keçirilib. San- Dieqoda yaşayan N.Agelidis bu ilin mart ayında Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə Bakıda səfərdə olub, şəhərin müasir görünüşünü və tarixi-ənənəvi irsini əks etdirən fotolar çəkib.
Baş konsulluqdan bildiriblər ki, “Bakı San-Dieqolu fotoqrafın gözü ilə” adlı sərgi mayın 8-də San-Dieqonun tanınmış sənət mərkəzlərindən olan “Meyer İncəsənət Qalereyası”nda açılıb. Sərginin açılışında sənətsevərlər, müxtəlif sənətşünaslıq məktəblərinin müəllim və tələbələri, eləcə də San-Dieqoda səfərdə olan Azərbaycan nümayəndə heyəti iştirak edib.
Qeyd edək ki, fotosərgi may ayının sonuna qədər San-Dieqo sakinlərinin və şəhərin qonaqlarının ixtiyarında olacaq. Kolleksiyada Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, “Atəş qüllələri” kompleksi, həmçinin tarixi-mədəni abidələri əks olunur. Eyni zamanda, kolleksiyada Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramının Bakıda yaratdığı xoş ovqatı əks etdirən fotolara da yer verilib. Fotoqraf N.Agelidisin Bakıya səfərinin Novruz bayramı günləri ilə üst-üstə düşməsi, fotoqrafa milli bayramımızla bağlı gözoxşayan kadrları fotokameranın yaddaşına köçürməyə imkan verib. Sərginin açılış mərasimində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edərək, Bakı şəhərinin əsrarəngiz gözəlliyini, rəngarəngliyini və müxtəlifliyini əks etdirən belə bir fotosərginin keçirilməsinə görə fotoqraf N.Agelidisə, eləcə də qalereya sahiblərinə təşəkkürlərini bildiriblər. Xatırladaq ki, Nəsimi rayonu ilə San-Dieqonun Svitzer Haylənd rayonu arasında 2011-ci ildə qardaşlaşma münasibətləri yaradılıb.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”
10:04
Digər xəbərlər