Saakaşvilidən yeni "Maydan"a çağırışı

 

“Sizi oktyabrın 22-də saat 12-də (Ukrayna vaxtı ilə - red.) Radanın binası yaxınlığında “İslahat maydanı”na dəvət edirik”.

Bunu Ukraynanın “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixail Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. “Oliqarxlar üzərində “Poroşenkodan sonra Ukryana” adlı qələbə planını müzakirə edəcəyik”, - o əlavə edib. Hazırda Ukrayna Ali Radasının binası qarşısında bir neçə yüz nəfər etiraz aksiyası keçirir. Bu aksiyalar oktyabrın 17-də başlayıb. Aksiyaları “Özünəyardım”, “Batkovşina”, “Yeni Qüvvələr Hərəkatı”, “Azadlıq”, “Milli Korpus”, “Sağ sektor” “5.10” siyasi qüvvələri təşkil edib.
Qeyd edək ki, Ukraynada baş verən “Çəhrayı İnqilab” dalğasının ardınca bu ölkədə  maliyyə sektorunda xüsusi çəkiyə malik olan oliqarxlar bu gün hakimiyyətdədirlər. Ancaq, onlar ötən müddət ərzində xalqın ümidlərini faktiki olaraq doğrultmayıblar. Bütün bunlar azmış kimi, Ukraynanın Krım, Donetsk, Luqansk vilayətləri Rusiya tərəfindən işğal edilibdir. Ölkənin ərazilərinin işğalı ilə yanaşı, korrupsiyanın daha da çiçəklənməsi və rüşvətxorluğun inkişafı əhalinin sosial həyat tərzini daha da ağırlaşdırıbdır. Bunun uçun də problemin tək çözüm yolu hakimiyyətin dəyişməsidir. Hakimiyyət müxalifətin və eləcə də mütəxəssislərin yaranmış böhrandan çıxış yollarını dəfələrlə göstərməsinə baxmayaraq, heç bir ciddi addımlar atmır. Buna görə də, Mixail Saakaşvilinin liderliyində bu problemlərin həlli yolu mitinqlər vasitəsilə gündəmə gətirilibdir.

Xudaferin.eu
Ukrayna, “Kiyev Bürosu” 

 

09:54