Ərzurum kitab sərgisində Azərbaycan bölməsi fəaliyyət göstərir
Bölmədə Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatının son illər Azərbaycanla bağlı çapa hazırladığı kitablar sərgilənir
Ərzurum bələdiyyəsinin təşkilatçılığı ilə açılan kitab sərgisində Türkiyə nümayəndəliyinin dəstəyi ilə Azərbaycan bölməsi qurulub. Bölmədə Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatının son illər Azərbaycanla bağlı çapa hazırladığı kitablar sərgilənir. Nəsr və poeziyasevərlər, eləcə də ölkəmizin tarixini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini öyrənmək istəyən oxucular burada maraqlı kitablar əldə edə bilirlər. Mayın 8-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan bölməsində nümayiş olunan bir neçə kitabın müəllifi üçün imza günü təşkil olunacaq.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”
10:37
Digər xəbərlər