Rusiya XİN Azərbaycan ilə Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bəyanatla çıxış edib

Rusiya Xarici İşlər Nazirliyi “Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar son dərəcə narahat olduğunu” bildirib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Sənəddə deyilir: “Tərəfləri vəziyyəti daha da kəskinləşdirməkdən çəkinməyə, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarına müvafiq olaraq atəşkəs rejiminə dönmədən riayət etməyə çağırırıq”.

Bəyanatda vurğulanır ki, Rusiya XİN Bakı və Yerevan ilə sıx əlaqə saxlayır.

Rusiyanın xarici siyasət idarəsi münaqişə tərəflərini “mübahisəli problemləri yalnız siyasi-diplomatik yolla, sərhəd məsələlərinə aid hissədə isə, Rusiyanın məşvərətçi kimi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində” həll etməyə çağırır.

Fəridə Abdullayeva

Xudaferin.eu

15:20