Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qarşıdakı Soçi sammiti barədə fikrini bildirib

Rusiya hesab edir ki, oktyabrın 31-də Soçidə olacaq üçtərəfli sammit Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına gedən yolda irəliləyişə imkan verəcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu fikri jurnalistlərlə söhbətində bildirib.

O deyib: “Mənim fikrimcə, sabahkı Soçi görüşündə bütün məsələlərə toxunulacaq. Ümid edirik ki, bu görüş bir sıra məsələlər barədə, o cümlədən sülh müqaviləsinin imzalanması yolunda irəliləməyə imkan verəcək”.

A.Rudenko ilin sonuna kimi sülh müqaviləsinin imzalanmasının ehtimalı haqqında Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərini şərh edərək deyib: “Görünür, onun belə danışması üçün hansısa əsasları var”.

Fəridə Abdullayeva

Xudaferin.eu
 

15:37