Rotterdamda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdam şəhərindəki ofisində 27 sentyabr -Anım Günü qeyd edilib və Qarabağ şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub.
Niderlandda yaşayan türk icmasının nümayəndələrinin də qatıldığı anım tədbirində torpaqlarımızın azad edilməsindən, Azərbaycan əsgərinin şücaəti və cəsarətindən danışılıb.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi ilə bütün dünya Azərbaycanın torpaqlarını, ərazi bütövlüyünü qoruyan güclü ordusu və onun güclü sərkərdəsi- Müzəffər Ali Baş Komandanı olduğunu gördü. Şəhidlərimizin canı və qanı bahasına azad olan torpaqlarımızı göz bəbəyi kimi qorumaq hər birimizin borcudur.
Çıxış edənlər vurğulayıblar ki, şanlı ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində qalib xalq olaraq tarixə düşdük. Şəhid və qazilərimiz həmişə qəlblərdə yaşayacaq.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı!
Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhla Ağalarova
Xudaferin.eu
17:35
Digər xəbərlər