RF XİN: Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır
2020-ci il 9 (10) noyabr tarixli üçtərəfli Bəyanatda Qarabağ ilə Ermənistanı birləşdirən yeni yol salınması nəzərdə tutulur.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bunu Moskvada keçirilən brifinqdə söyləyib.
O qeyd edib ki, regionda vəziyyət Moskvanın diqqət mərkəzindədir. Rusiya XİN avqustun 4-də bəyanatla çıxış edərək, tərəfləri təmkinli olmağa və üçtərəfli sazişlərə riayət etməyə çağırıb. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ətrafında yaranmış vəziyyət həmin sazişlər əsasında nizamlanmalıdır.
Diplomat deyib: “Bu sözlər Laçın dəhlizi ətrafında vəziyyətə də aiddir. Bu məsələ 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır. Həmin bənddə nəzərdə tutulur ki, tərəflərin razılığına əsasən yaxın üç ildə Qarabağ ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun planı müəyyən ediləcək, sonra bu marşrutun qorunması üçün Rusiya sülhməramlı kontingentinin dislokasiyası dəyişdiriləcək”.
İ.Neçayev vurğulayıb ki, hazırda intensiv siyasi əlaqələr davam edir, rusiyalı sülhməramlılar fəal iş aparır, vəziyyətin sabitləşməsi üçün zəruri səy göstərirlər.
Diplomat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına aid müxtəlif vasitələrlə avqustun sonuna qədər yüksək səviyyədə üçtərəfli əlaqələrin təşkil edilməsi planları barədə danışıb. Onun sözlərinə görə, bu barədə daha ətraflı məlumat veriləcək.

Fəridə Abdullayeva
Xudaferin.eu
22:12
Digər xəbərlər