Ərəb mətbuatı Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlayıb

Ərəb KİV-lərində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin “Əl Əhram”, “Əl Fağr”, “Nəbd”, Birləşmiş Ərəb Əmirliklərinin “Emarat”, Livanın “Əl Nashra” qəzetlərində avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması haqqında materiallar dərc olunub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib. Dövlət başçısı bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Oqtay Bayramov

Xudaferin.eu

20:17