Qubad İbadoğlu: Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək

 

"Oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Həmin toplantıda səslənməyən, nəinki təqdimatı, hətta müzakirəsi də vacib olan bir sıra məqamlara diqqətinizi çəkmək istərdim".
 

Bu barədə iqtisadçı-alim Qubad İbadoğlu yazaraq həmin məqamları diqqətə çatdırıb: "Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2017 -ci ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-0,6 faiz, əhalinin hər nəfərinə düşən ÜDM - 1,6 faiz, neft ÜDM-i - 6,5 faiz, sənaye mallarının istehsal - 5,3 faiz, mədənçıxarma sənayesində istehsal 5,7 faiz, neft hasilatı 8,0 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz, istehsal vasitələrinin istehsalı 38,9 faiz, enerji məhsullarının istehsalı 6,6 faiz, emal sənayesi istehsalı 4,4 faiz, qənd və şəkər tozu istehsalı isə 46,2 faiz azalıb. Kredit qoyuluşları 26,5 faiz aşağı düşüb. Büdcənin icrasında 538,7 milyon manatlıq kəsir yaranıb. Vaxtı keçmiş kreditlər 14,5 faiz, istehlak qiymətləri indeksi 13,9 faiz artıb.

Hər bir dövrə yekun vuranda, onu bir prizmadan deyil, hərtərəfli və gerçək şərh edəndə həqiqət aşkar olunur, problemlərin həlli yolları aranır və inkişaf üçün də yollar açılır. Təəssüf ki, biz irəliyə getmək əvəzinə 30-40 il geriyə qaydırıq. Bir vaxtlar, ötən əsrin 80-ci illərinin sonunda Sovet İttifaqı və dünya sosializm sistemi özünün ən ağır böhranlı mərhələsini yaşayırdı. Uzun illər boyu üst-üstə yığılan problemlər artıq çox kəskin şəkildə sovet sosialist sistemini zəiflədirdi. Amma Sovet rəhbərliyi yalnız pozitiv notlu çıxışlar etməklə işlərini bitmiş hesab edirdilər. Lakin çox keçmədi ki, nəinki Sovet İttifaqı, həm də sosialist düşərgəsi dağıldı. Azərbaycan iqtisadiyyatının köklü problemləri islahatlar yolu ilə həll olunmayınca oxşar təhlükə bizi də gözləyir. Bu gedişlə milli iqtisadiyyat hələ uzun müddən böhranın, vətəndaşlar isə borcun içində çabalayacaq".

xeber365.com

10:29