Qondarma “Kürdüstan Muxtariyyəti” çökdü

 

Bərzaniyə daha bir şok: İraq xəritəsi belə dəyişdi

İraq Türkman Elinin mərkəzi sayılan Kərkükün kürdlərdən azad edilməsinin ardınca İraq ordusu bu dəfə yezidilərin bölgəsi hesab edilən Sincar, Mosulun cənub-qərqindəki Mahmur və şərqindəki Başika, İran sərhədindəki Hanagində nəzarəti ələ alıb. Kərkükün bütün neft ərazilərində nəzarəti tam bərpa edən ordunun irəliləməsi ilə bağlı “İraq Kürd Muxtariyyatı”nın rəhbəri Məsud Bərzani daha bir zərbə alıb. Mosulun qərbindəki Sincar bölgəsi də kürd silahlı peşmərgə dəstələrindən tamamilə təmizlənib. Bunun ardınca terror təşkilatı olan PKK-lıların əsas məskəni hesab edilən Mahmur və ətrafı da ordu tərəfindən nəzarətə götürülüb.

Dünən günorta saatlarında isə İraq orudusu Türkiyə hərbi bazasının da olduğu Başikaya girib. İran sərhədinə çatan ordu ərazidən peşmərgəni tamamilə çıxarıb. Beləliklə, İraq xəritəsi dəyişib. Ölkənin şimalındakı Kərkük Sincar və Mahmur üzərində nəzarət yenidən rəsmi Bağdadın əlində cəmləşib. Bu prosesin sürətlə irəliləməsində əsas səbəblərdən biri də, kürd əhalisinin Mustafa Bərzaninin terrorizm üzərində köklədiyi və elan etdiyi qondarma “Kürdüstan Muxtariyyəti” ideyasını müdafiə etməməsindən irəli gəlir. Çünki, M. Bərzani öz tayfasından savayı kimsənin haqq-hüququnu tanımırdı. Bu da öz növbəsində onun mənsub olduğu toplum tərəfindən belə qəbuledilməz prosesə çevrilmişdir. Ona görə də kürd xalqının əksəriyyəti onu müdafiə etmədi. M. Bərzani bu dəfə öz tərəfdarları ilə birlikdə bu acı məğlubiyyətdən yayınmaq üçün ABŞ, Fransa, İngiltərə, Almaniya və Türkiyəni kəskin şəkildə suçlamaq taktikasına üz tutubdur.

 

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

10:27