Qənirə Paşayeva: Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərini təbliğ və tərənnüm edir
Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin “Anadolu” Agentliyinə və Fransanın “France-24” kanalına müsahibə verib. Müsahibə 2020-ci ildə baş vermiş 44 günlük müharibənin birinci ildönümünə təsadüf edir. Prezident İlham Əliyevin müharibənin başlanmasının ildönümündə, əziz şəhidlərimizin Anım Günündə xalqa müraciəti hər iki müsahibədə əsas yer tutub. Xalqa müraciətdə 44 günlük müharibənin başlanma səbəbləri, gedişatı, tarixi Zəfərimiz, postmüharibə dönəmi, normallaşma prosesi və s. barədə fikirlərini bölüşən Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərini təbliğ və tərənnüm edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısı xüsusilə erməni vandalizminin acı nəticələri, habelə revanş cəhdləri fonunda Azərbaycan dövlətinin mövqeyini, xəbərdarlığı dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu: "Müharibə dövründə ən azı iki cəbhədə (hərbi və siyasi-diplomatik müstəvidə) mübarizəyə şəxsən rəhbərlik edən ölkəmizin başçısı, postmüharibə dövründə mötəbər tribunalardakı çıxışları, mühüm müsahibələri ilə də tarix yazır. Bilirsiniz, biz uzun illər boyu beynəlxalq informasiya zirehi ilə üz-üzə qalmışıq – dünya erməniliyinin min bir fəndini, maneçiliyini görmüşük. Ermənistana davamlı dəstək verən məlum dövlətlərdən başqa erməni yalanlarına uyan çoxsaylı insanın, qurumların olması, bizim beynəlxalq informasiya sava¬şında ermənilərə uduzmağımızla sıx bağlı olub. Bunun da bir sıra obyektiv, subyektiv səbəbləri vardı, əlbəttə. Bu səbəb, ilk növbədə, ermənilərin uzun illərdən bəri bədniyyətli təşkilatlanması ilə bağlıdır. İkincisi, bizim bədniyyətli olmamağımız və heç zaman da bədniyyətli olmayacağımızla əlaqəlidir. Biz humanist xalqıq".
Deputatın sözlərinə görə, uğursuz dövlətin bir-birini əvəz edən bədxah hərbi-siyasi rəhbərliyi, mayası bədxahlıqla yoğurulmuş dünya erməniliyi ədalət, haqq-hüquq tanımadığı və bizi hazırlıqsız yaxaladığı üçün dəfələrlə haqlı ikən “haqsız” duruma düşmüşük. Torpağı işğal olunan, soyqırımına məruz qalan Azərbaycan olduğu halda ABŞ-ın Azadlığı Müdafiə Aktına 907-ci bədnam düzəliş qəbul edilib: “Ermənistan ABŞ-dan uzun illər milyonlarla dollar həcmində davamlı yardım alarkən, biz sanksiya ilə üzləşmişik. Ermənistanın vandallıqlarını, dağıdılan ibadət ocaqlarını, qəbiris¬tanlıqları görməyənlər, müharibə dövründə bir kilsədən bir kərpic düşüncə, bizi qınamaq yolu tutmuşdular... Bizim əsir və girovlarımıza münasibətdə (mənəvi cəhətdən) kar, kor və lal olanlar, erməni diversantlarının, terrorçuların azad olunmasını istəyirlər”.
Belə misalların sayının yetərincə çox olduğunu diqqətə çatdıran Q.Paşayeva bildirib ki, bu fonda Azərbaycan Prezidentinin nüfuzlu xarici KİV-ə müharibə dövrü verdiyi ardıcıl müsahibələr beynəlxalq ictimai fikrin düzgün formalaşması üçün çox təsirli oldu. Belə güclü təsirlərin bir zəmini də dövlətin, şəxsən dövlət başçısının, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr tədbirlərlə düzgün beynəlxalq rəy yaratmaq gücünə əsaslanır: "Bu işin başqa bir zəmini isə əlbəttə, bizim haqlı tərəf olmağı¬mızdır. Prezidentin müharibənin başlanmasının birinci ildönü¬mündə verdiyi müsahibələri məhz bu deyilənlər, vurğulananlar fonunda dəyərləndirmək istərdim. Məsələ ondadır ki, haqlı olmaq hələ yetərli deyil. Haqlılığını göstərmək, təsdiq etdirmək lazım olur. Bir güclünün və ya güclüyə arxalananların “haqlı” olduğunu çox gördüyümüz üçün dəqiq bilirik ki, haqlı olmaq yetərli deyil, güclü olmalıyıq. Biz artıq qalib ölkəyik, yeni reallıqlar yaratmışıq – qalibiyyəti də qəbul etdirməyə yetərli siyasi-diplomatik qüdrət olmalıdır. Çox şükürlər olsun, məhz bu güc, qüdrətə malik olmağımız bizim beynəlxalq səviyyədə etiraflar əldə etməyimizlə nəticələnir. Bilirsiniz, hər ölkənin rəhbəri xarici KİV-ə müsahibə verə bilər – ancaq gərək deməyə sözün, əsaslandırmağa məharətin və əsaslanmağa haqlı mövqeyin ola. Gərək mənəvi gücün hərbi gücünlə də tamamlana. Prezident İlham Əliyevin müharibənin başlanmasının birinci ildönümündəki müsahibələrini, o cümlədən BMT-nin 76-cı sessiyasına videomüraciətini, Anım Günü ilə bağlı xalqa müraciətini məhz bu dərəcədə görürük, qürur duyuruq".
Komitə sədri vurğulayıb ki, Prezidentin əsaslı fikir və arqumentlərlə zəngin olan yeni müsahibələrində 44 günlük müharibənin başlanmasının birinci ildönümündə Ermənistanın öz işğalçı siyasətindən tam əl çəkmədiyi, uğursuz revanişist cəhdlərdə bulunduğu tutarlı şəkildə vurğulandı: "Ermənistanın üç onillik boyu Azərbaycan torpaqlarını işğal altında saxlamasına baxmayaraq, ötən il yeni savaşa başlamasının, eləcə də bir il sonrakı revanşizm cəhdləri araşdırılmalıdır. Araşdırılmalıdır ki, bunun əsl səbəbləri nədir? Prezident ötənilki xəbərdarlıqlardan ağıllı nəticə çıxarmayan Ermənistana yeni xəbərdarlıq etdi və bildirdi ki, Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır.
Prezident haqlı olaraq qeyd etdi ki, ötənilki müharibəyə gətirib çıxaran səbəblər sırasında ilk yerlərdə, mövzunun hüquq müstəvisində həll olunmaması, ikili standartlar və beynəlxalq riyakarlıqlar durur. Heç kəsə sirr deyil ki, beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin qarşısını ala bilərdi. – Əlbəttə, istəkli olsaydılar. Belə olmadı. ATƏT-in Minsk qrupu nəinki işğalçıya təzyiq göstərdi, tam tərsinə, işğala məruz qalan tərəflə işğalçını eyni dərəcədə gördü, “dondurmaq”, “reallıqla barışmaq”, “qarşılıqlı güzəşt” xətti tutdu və müharibənin qacınılmaz olması üçün hər şeyi etmiş oldu. Qarşılıqlı güzəşt necə olur? – işğala məruz qalan tərəf işğalçı ilə bir masa ətrafında otururdusa, bu, elə güzəşt idi. İşğala məruz qalan tərəf məsələnin məhz danışıqlar yolu ilə həllinə sadiq qalırdısa, bu, elə güzəştin ən böyüyü idi".
Belə danışıqların nə az nə çox 30 ilə yaxın çəkdiyini qeyd edən deputat bildirib ki, tərəflər arasında atəşkəs elan edildikdən sonra Ermənistan Qarabağda söküntülərə, dağıntılara başladı, torpağın altını üstünə çevirdi, erməniləşdirmə, özgələşdirmə siyasətini praktik müstəviyə keçirdi. – Güzəşt tələb edənlər, erməniyə “Dur!” dedimi, sanksiya tətbiq etdimi? Əsla, yox! Bunlar azmış kimi, 2020-ci ilin iyulunda Tovuzda dövlət sərhədini pozan, avqustda Goranboya kəşfiyyat-diversiya qrupu göndərən, sentyabrda isə işğal altındakı torpaqlarımızdan yeni hərbi təxribat törədən düşmənlə müharibədən başqa danışıq dili, üslubu qalmışdımı? Nəhayət bir qəti əks-hücum əmri oldu və 44 gün içində işğalçıya ağır dərs verildi! Bu dərs, bizim uzun illər boyu danışıqlar masasında oturmağımızın dəyərini yaxşı ifadə edir. Hər kəs görsün ki, hansı gücün sahibi olan ölkə, uzun illər məhz sülh danışıqlarında iştirak edib!
“İndi beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir – bu, daha öncələr olmalıydı, olmayıb, heç olmazsa, indi olmalıdır. Olmalıdır ki, başqa dövlətlər gələcəkdə Ermənistanın vandallıqlarını təkrar etməsin! Ermənistanın müharibə cinayətləri ortadadır: dağıdılmış şəhərlər, yer üzündən silinmiş maddi mədəniyyət abidələri, kütləvi qətllər, qanunsuz mənimsəmələr və s.
Bölgənin, Qafqazların sürətli inkişafı üçün dayanıqlı sülh əsas şərtdir. Sülhün təmin olunması üçün, ilk növbədə, Ermənistan-Azərbaycan, bununla birgə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması qacınmaz gerçəklikdir. Qardaş Türkiyənin təklif etdiyi 3+3 platforması sülh təminatı, bölgənin rifahı üçün alternativlərin ən yaxşısıdır. Ermənistan buna razılıq verməməklə, öz gələcəyini baltalayır. Azərbaycan, Rusiya, İran belə bir platformanı dəstəklədiyi halda, cırtdan Ermənistanın “dirəniş”i çox məzmunsuz, məntiqsiz görünür", - deyə Q.Paşayeva qeyd edib.
Onun sözlərinə görə, “status-kvo” ilə bağlı illər uzunu manipulyasiyalar etmiş və yenidən dirilmək istəyən Minsk qrupu, zəhmət çəksin vasitəçilik missiyasına uyğun gəlməyən hərəkətlərdən, arayışlardan qəti əl çəksin!
“İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur”, - deyə komitə sədri fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu
22:52
Digər xəbərlər