Qırğızıstan Prezidenti Sadır Japarov Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğızıstanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə Prezident Sadır Japarov mədəniyyət və incəsənət xadimlərini mükafatlandırıb.
Qırğızıstan rəhbəri öz Fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar, müğənni, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlunu “Dostluq” ordeni ilə təltif edib.

Fəridə Abdullayeva

Xudaferin.eu

18:00