Qırğızıstan portalları Azərbaycanla Türkmənistan arasında əlaqələrin genişlənməsindən yazır

Qırğızıstanın “goldenbridgenews.com” və “centralasia.media” portalları Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş barədə materiallar yayıblar.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “goldenbridgenews.com” saytı Azərbaycan və Türkmənistan prezidentlərinin imzalanma mərasimindəki çıxışlarının tam mətnini dərc edib.

Materiallarda, həmçinin qeyd edilib ki, Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu bu iki ölkənin xarici işlər nazirləri imzalayıblar.

Portallar Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməsi barədə də informasiya yayıblar.

Xudaferin.eu


 

14:07