Qazaxıstanın nazir müavini: “Qarabağın işğaldan azad edilməsinə görə sevinirik”

Xudaferin.eu APA-ya istinadən məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torrebayev deyib.

 

Ağdamla bağlı təəssüratlarını bölüşən nazir gördüklərinin onda heç də xoş ovqat yaratmadığını diqqətə çatdırıb: “Hər yer tamamilə dağıdılıb, Ağdama ağlasığmaz dərəcədə mina basdırılıb. Məncə insanlar heç bir halda əziyyət çəkməməlidirlər”.

Nazir müavini münaqişənin bitməsinə görə şad olduğunu vurğulayıb.

Habil Aslanoğlu

Xudaferin.eu
 

 

16:22