Qazaxıstan mediası: Azərbaycan Prezidenti “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınmasını tarixi səhv adlandırıb
ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı ədalətsiz bəyanatına görə Azərbaycanın Türkiyəyə verdiyi dəstək Qazaxıstan mediasında işıqlandırlıb.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, aprelin 24-də məlum bəyanatdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı baş tutan telefon danışığı Qazaxıstanın “zakon.kz”, “baigenews.kz” işıqlandırılıb.
Məqalədə ABŞ Prezidentinin bəyanatını tarixi səhv adlandıran Prezident İlham Əliyevin telefon danışığı zamanı səsləndirdiyi fikirlər təqdim edilib. Azərbaycan Prezidentinin bu bəyanatın bölgədə yaranan əməkdaşlıq tendensiyalarına ciddi ziyan vurduğu barədə fikirləri də məqalədə yer alıb.
Bundan əlavə, dövlətimizin başçısının “Azərbaycan hər zaman Türkiyənin yanında olub” sözləri qeyd olunub.

İlahə Əhmədova
Xudaferin.eu
10:04
Digər xəbərlər