Qarabağdakı orta məktəblər və kitabxanalar rəzalət içində

“XUDAFERİN.EU” saytının Qarabağ üzrə “Bürosu”nun redaksiyamıza göndərdiyi foto şəkillər Azərbaycan hakimiyyətinin bölgəyə olanm münasibətinin ən bariz örnəyi hesab etmək olar. Belə ki, Ağdam rayon “22 Saylı Köçkün Tam Orta Məktəbi” tamamilə yararsız bir haldadır. Və bu məktəb adi bir yük qatarının sayəsində fəaliyyət göstərir. Bundan əlavə, redaksiyamıza daxil olan digər fotoda isə, Bərdə rayonundakı yerli ümumi kitabxanalardan birinin gerçək tərəfləri nümayiş etdirilir. Bu iki foto sənəd ilginc olmaqla yanaşı, 23 ildir “Biz Qarabağı geri qaytaracağıq” şüarı ilə iqtidara gəlmiş YAP hakimiyyətinin gerçək üzünü bird aha təsdiq olunmasıdır.

Azərbaycan dövlətinin sərvətləri Ana Yasa qanunlarına görə tək sahibi elə Azərbaycan xalqının özüdür. Bütün bunlara türüpərək “SOCAR”ın binasının inşasına 2 milyard, “İslam Oyunları”na 100 milyon dollar xərcləyən ölkənin Qarabağa olan münasibətinin sirri də bundadır. Çünki, Qarabağ ərazisində, eləcə də onun erməni faşizminin sonucu olaraq işğal altında inləyən torpaqlarının azad edilməsi bu iqtidarın heç bir zaman umurunda olımadığını təsdiq edən bu iki foto ilginc olduğu qədər, həm də dəhşət saçır.

Xudaferin.eu

   

10:54