Qafqaz Bürosu Dağlıq Qarabağı Ermənistana bir günlük necə vermişdi? - Nikol Paşinyan üçün tarixi arayış
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutdu. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqelərini əsaslandırmağa çalışarkən daha çox tarixi faktlara, o cümlədən Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarına müraciət etməyə üstünlük verdilər. Bu zaman həm Azərbaycanın haqlı mövqeyi, həm də tarix elmləri namizədi olması Prezident İlham Əliyevin tutarlı arqumentlərlə Ermənistanın baş nazirini pərt etməsi ilə nəticələndi.
Bəs Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarında nə deyilirdi?
Bu sualın cavabına keçməzdən öncə qeyd etmək lazımdır ki, Sovet Rusiyasının siyasətində Azərbaycanın üç tarixi ərazisi - Naxçıvan, Qarabağ və Zəngəzur kartlarından Ermənistanda və Azərbaycanda sovet hakimiyyətini qurmaq üçün şirnikləndirici amil kimi istifadə olunub. Əvvəlcə Azərbaycanda sovet hakimiyyəti qurulduğundan bolşeviklər bu ərazilərin Azərbaycan torpağı olduğunu təsdiq ediblər. Sonra isə onlar bu ərazilərin “mübahisəli” olduğunu iddia ediblər. Və nəhayət, Ermənistanda sovet hakimiyyəti qurularkən bolşevik siyasətinin əsl üzü açıldı. 29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ərazilərin üçünün də ermənilərə verilməsi tələb olundu. Məhz Sovet Rusiyasının ciddi təzyiqi ilə Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun 1 dekabr 1920-ci il tarixli bəyanatı ortaya çıxdı. Bəyanatda Ermənistan zəhmətkeşlərini sovet hakimiyyəti qurulması münasibətilə təbrik edən Nərimanov daha sonra bildirirdi ki, "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Qarabağın dağlıq hissəsində isə referendum nəticəsində ermənilər öz taleyini müəyyən etməlidir". Mustafa Kamal Atatürkün ciddi tapşırığı və Kazım Qarabəkir Paşanın səyləri nəticəsində Naxçıvan Ermənistan SSR-ə birləşdirilmədi, 1921-ci ilin iyulunda isə Nərimanov Qarabağla bağlı bəyanatından imtina etdi. Sonuncu hadisə məhz Rusiya KP MK Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunda baş verdi.
Nəriman Nərimanov irsinin görkəmli araşdırıcısı, məşhur rusiyalı tarixçi Rudolf İvanovun "Smertelnaya sxvatka" əsərində (səh. 88-89) bir çox sənədlərlə yanaşı, Qafqaz Bürosunun sözügedən Plenumunun da sənədləri yer alıb. Belə ki, Qarabağ məsələsi ilk olaraq Plenumun 4 iyul 1921-ci il tarixli iclasında müzakirəyə çıxarılıb. İclasın 11 saylı protokolundan oxuyuruq:
"İştirak etdilər: Rusiya KP MK-nın üzvü Stalin, Qafqaz Bürosunun üzvləri - Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner, Qafqaz Bürosunun komsomol katibi Breyman, Gürcüstan KP MK-nın üzvləri Tsinsadze, Mdivani, Svanidze.
Qarabağ məsələsi
Bu məsələnin müzakirəsi zamanı iki fikir ortaya çıxdı və aşağıdakı məsələlər səsverməyə çıxarıldı:
EŞİDİLDİ:
A) Qarabağı Azərbaycan sərhədləri daxilində saxlamaq.
QƏRARA ALINDI: Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin. Plebissit yalnız Dağlıq Qarabağda keçirilsin.
YOLDAŞ NƏRİMANOVUN BƏYANATI: Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, bu məsələnin Rusiya KP MK-nın yekun qərarına verilməsini zəruri hesab edirəm.
QƏRARA ALINDI: Qarabağ məsələsinin ciddi fikir ayrılığı doğurduğunu nəzərə alaraq, Rusiya KP MK-nın Qafqaz Bürosu məsələnin Rusiya KP MK-nın yekun qərarına verilməsini zəruri hesab edir.
Qarabağ məsələsi ilə bağlı səsvermə zamanı yoldaş Oraxelaşvili iştirak etməyib.
Qafqaz Bürosunun katibi Fiqatner. (imza)"
Beləliklə, Qarabağ məsələsi ilə bağlı Qafqaz Bürosunun növbəti iclasının keçirilməsi qərara alınır. Həmin iclas isə cəmi bir gün sonra - 5 iyul 1921-ci ildə baş tutur. İclasın 12 saylı protokolunda oxuyuruq:
"İştirak etdilər: Rusiya KP MK-nın üzvü Stalin, Qafqaz Bürosunun üzvləri - Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner, Azərbaycan SSR-in xalq xarici işlər komissarı Hüseynov.
EŞİDİLDİ: Yoldaş Orconikidze və yoldaş Nazaretyan bundan əvvəlki Plenumun qərarına yenidən baxılması məsələsini qaldırdılar.
Bu məsələnin müzakirəsi zamanı iki fikir ortaya çıxdı və ikisi də səsverməyə çıxarıldı:
B) Qarabağda bütün erməni və müsəlman əhalinin iştirakı ilə plebissit keçirmək.
Lehinə - Nərimanov, Maxaradze.
QƏRARA ALINDI:
A) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və Yuxarı və Aşağı Qarabağın Azərbaycanla daimi iqtisadi əlaqələrindən çıxış edərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın. Şuşa inzibatı mərkəz olmaqla ona geniş vilayət muxtariyyəti verilsin.
B) Azərbaycan KP MK-ya muxtar vilayətin sərhədlərini müəyyənləşdirmək və Rusiya KP MK Qafqaz Bürosunun təsdiqinə vermək tapşırılsın.
Rusiya KP MK Qafqaz Bürosunun katibi Fiqatner. (imza)"
Yuxarıdakı sənədlərin təhlili göstərir ki, əslində Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan panel müzakirələrində Rusiya KP MK Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarını təkzib etməyə çalışmaqla diplomatik səhvə yol verib. Çünki Plenumun istər birinci qərarındakı "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin", istərsə də ikinci qərarındakı "Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın" cümlələri Dağlıq Qarabağın əsl sahibinin kim olduğunu ortaya qoyur. Bunu panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi vurğulayıb: "1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox".
Nikol Paşinyanın bu fikri təkzib etməyə çalışarkən söylədiyi "Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib" ifadəsi isə əslində onun elementar tarixi bilgilərinin nəinki aşağı olduğunu, ümumiyyətlə, olmadığını göstərir. Çünki orta məktəb şagirdləri də bu həqiqəti bilir ki, Qafqaz Bürosunun məlum qərarı qəbul olunarkən Sovet İttifaqı və ya SSRİ deyilən dövlət yox idi. SSRİ 30 dekabr 1922-ci ildə yaradılacaqdı, cənab Paşinyan! (apa)

Lehinə - Nərimanov, Maxaradze, Nazaretyan; Əleyhinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
B) Qarabağda bütün erməni və müsəlman əhalisinin iştirakı ilə plebissit keçirmək.
Lehinə - Nərimanov, Maxaradze.
V) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək.
Lehinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
Q) Dağlıq Qarabağda yalnız erməni əhalisi arasında plebissit keçirmək.
Lehinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner, Nazaretyan.
QƏRARA ALINDI: Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin. Plebissit yalnız Dağlıq Qarabağda keçirilsin.
YOLDAŞ NƏRİMANOVUN BƏYANATI: Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, bu məsələnin Rusiya KP MK-nın yekun qərarına verilməsini zəruri hesab edirəm.
QƏRARA ALINDI: Qarabağ məsələsinin ciddi fikir ayrılığı doğurduğunu nəzərə alaraq, Rusiya KP MK-nın Qafqaz Bürosu məsələnin Rusiya KP MK-nın yekun qərarına verilməsini zəruri hesab edir.
Qarabağ məsələsi ilə bağlı səsvermə zamanı yoldaş Oraxelaşvili iştirak etməyib.
Qafqaz Bürosunun katibi Fiqatner. (imza)"
Beləliklə, Qarabağ məsələsi ilə bağlı Qafqaz Bürosunun növbəti iclasının keçirilməsi qərara alınır. Həmin iclas isə cəmi bir gün sonra - 5 iyul 1921-ci ildə baş tutur. İclasın 12 saylı protokolunda oxuyuruq:
"İştirak etdilər: Rusiya KP MK-nın üzvü Stalin, Qafqaz Bürosunun üzvləri - Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner, Azərbaycan SSR-in xalq xarici işlər komissarı Hüseynov.
EŞİDİLDİ: Yoldaş Orconikidze və yoldaş Nazaretyan bundan əvvəlki Plenumun qərarına yenidən baxılması məsələsini qaldırdılar.
Bu məsələnin müzakirəsi zamanı iki fikir ortaya çıxdı və ikisi də səsverməyə çıxarıldı:
A) Qarabağı Azərbaycanın tərkibində saxlamaq.
Lehinə - Nərimanov, Maxaradze, Nazaretyan; Əleyhinə - Orconikidze, Myasnikov, Kirov, Fiqatner.
B) Qarabağda bütün erməni və müsəlman əhalinin iştirakı ilə plebissit keçirmək.
Lehinə - Nərimanov, Maxaradze.
QƏRARA ALINDI:
A) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və Yuxarı və Aşağı Qarabağın Azərbaycanla daimi iqtisadi əlaqələrindən çıxış edərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın. Şuşa inzibatı mərkəz olmaqla ona geniş vilayət muxtariyyəti verilsin.
B) Azərbaycan KP MK-ya muxtar vilayətin sərhədlərini müəyyənləşdirmək və Rusiya KP MK Qafqaz Bürosunun təsdiqinə vermək tapşırılsın.
Rusiya KP MK Qafqaz Bürosunun katibi Fiqatner. (imza)"
Yuxarıdakı sənədlərin təhlili göstərir ki, əslində Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan panel müzakirələrində Rusiya KP MK Qafqaz Bürosunun 1921-ci il iyul Plenumunun qərarlarını təkzib etməyə çalışmaqla diplomatik səhvə yol verib. Çünki Plenumun istər birinci qərarındakı "Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibinə daxil edilsin", istərsə də ikinci qərarındakı "Dağlıq Qarabağ Azərbaycan SSR-in sərhədləri daxilində saxlanılsın" cümlələri Dağlıq Qarabağın əsl sahibinin kim olduğunu ortaya qoyur. Bunu panel müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev də xüsusi vurğulayıb: "1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi, verilməsi barədə yox".
Nikol Paşinyanın bu fikri təkzib etməyə çalışarkən söylədiyi "Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib" ifadəsi isə əslində onun elementar tarixi bilgilərinin nəinki aşağı olduğunu, ümumiyyətlə, olmadığını göstərir. Çünki orta məktəb şagirdləri də bu həqiqəti bilir ki, Qafqaz Bürosunun məlum qərarı qəbul olunarkən Sovet İttifaqı və ya SSRİ deyilən dövlət yox idi. SSRİ 30 dekabr 1922-ci ildə yaradılacaqdı, cənab Paşinyan! (apa)
01:02
Digər xəbərlər