Prezidentin köməkçisi: Ermənistan minalanmış ərazilərin xəritələrini gizlətməklə bərpa proseslərinə mane olur

Minaların ətraf mühitə də ciddi təsiri var, minalar yer altında uzun müddət qaldıqda torpaq kimyəvi çirklənməyə məruz qalır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 5-də ADA Universitetində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Azərbaycan Prezidentinin köməkçisi deyib ki, minaların humanitar təsiri də var, insanların həyatına təsir edir: “Minalar ona görə basdırılır ki, qurbanlarını tapsın. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan Azərbaycanın mülki vətəndaşlarını öldürməkdə davam edir. Bu, beynəlxalq hüququn pozulmasıdır, hərbi cinayətdir. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət edirik”.
Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də mane olur.

Xudaferin.eu

13:41