Prezident Ərdoğan: Zəngəzur dəhlizi məsələsində heç bir problem görmürəm

Zəngəzur dəhlizi məsələsində heç bir problem görmürəm.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən geri dönərkən mediaya açıqlamasında bildirib.
Rusiya Prezidenti Vladimir Putinin qaz nəqli ilə bağlı təklifini dəyərləndirən Türkiyə Prezidenti bildirib ki, belə bir paylama mərkəzi üçün Trakya bölgəsi ən əhəmiyyətli yer olaraq görülür. Rusiya Prezidenti ilə birlikdə Energetika və Təbii Sərvətlər Nazirliyimiz və Rusiya tərəfinin müvafiq qurumuna birgə işləməyi tapşırdıq. Harada ən uyğun yer olsa, bu paylama mərkəzini orada quracağıq. Bizim milli paylama mərkəzimiz var, lakin təbii ki, indi bu, beynəlxalq paylama mərkəzi olacaq. Bizim Energetika və Təbii Sərvətlər Nazirliyimiz və Rusiya tərəfi işi görüb nəticəni bizə təqdim edəcək, ondan sonra biz addım atacağıq. Burada gözləmək kimi bir şey yoxdur. Artıq bizim enerji və təbii sərvətlər nazirimiz ilə Qazpromun rəhbərinə göstəriş verilib. Onlar öz aralarında danışaraq işə başlayacaqlar. Təhlükəsizlik nöqtəsində hər cür addımlar atılır. Bu mənada təhlükəsizlik nəyi tələb edilirsə, o istiqamətdə sürətlə şəbəkə qurub işimizi davam etdiririk.
Səfər zamanı keçirilən görüşlər barədə məlumat verən Türkiyə Prezidenti ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə edildiyini, Qazaxıstan ilə Türkiyə arasında hər sahədə əməkdaşlığın dərinləşməsi əzmində olduqlarını bildirib.

Günel Məlikova
Xudaferin.eu

23:30