Prezident Ərdoğan: Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə sülhə böyük fürsət yaranıb
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə davamlı sülhə nail olmaq imkanları üçün böyük fürsət yaranıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu fikirləri Türkiyədə akkreditasiya olunan səfirlər üçün təşkil olunan “Səfirlər üçün ənənəvi iftar proqramı”ndakı çıxışında deyib.
Gündəlikdə olan qlobal problemlərdən bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə qonşu Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdirir.
Prezident çıxışında Rusiya-Ukrayna müharibəsinin və Suriya böhranının həlli yollarına və digər aktual məsələlərə toxunaraq qeyd edib ki, dünyada sülh, sabitlik və inkişafa nail olmaq yeganə düzgün yoldur və Türkiyənin bu məsələlərdə mövqeyi dəyişməz qalır.
Hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərargahında keçirilən proqramda Azərbaycanı ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov təmsil edib.

Sabir Şahtaxtı
Xudaferin.eu
13:27
Digər xəbərlər