Prezident İlham Əliyevin Brüsselə səfəri ərəb KİV-in diqqət mərkəzində olub

Ərəb ölkələrinin nüfuzlu telekanalları və qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər haqqında reportaj və xəbərlər yayımlayıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Qətərin “Əl Cəzirə”, habelə “Əl Ərəbiyə” telekanalları, Səudiyyə Ərəbistanının “Əl Riyad”, “Məkkə, Misirin “Əl Əhram” və ”Şuruq” qəzetlərində Brüsseldə aparılan danışıqlar və Şarl Mişelin mətbuat konfransı barədə geniş məlumat verilib. Reportaj və xəbərlərdə diqqətə çatdırılıb ki, Brüsseldə Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə doğru daha bir mühüm addım atılıb, sərhədlərin delimitasiyası üzrə komissiyaların yaradılması, kommunikasiyaların açılması barədə razılıq əldə olunub.

Oqtay Bayramov

Xudaferin.eu

16:53