Polşa Qərbi Balkan ölkələrinin tezliklə Avropa İttifaqına qəbul olunmasının tərəfdarıdır

Polşa və onun qonşuları Qərbi Balkan ölkələrinin tezliklə Avropa İttifaqına qəbul olunmasının tərəfdarıdır.

Xudaferin.eu xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Yasek Çaputoviç xarici işlər nazirlərinin Berlin prosesi çərçivəsində Varşavada keçirilən toplantısı zamanı deyib.

Y.Çaputoviç bildirib ki, Monteneqro, Şimali Makedoniya və Albaniya artıq qəbul üçün rəsmi namizədliklərini veriblər, Monteneqro və Serbiya isə birlikdə artıq danışıqlara başlayıblar. Xarici işlər naziri onu da qeyd edib ki, 2025-ci il Avropa İttifaqına yeni üzvlərin qəbulu ili kimi də yadda qala bilər.

“Berlin prosesi” Almaniyanın rəhbərliyi altında məhz Avropa İttifaqının hüdudlarının genişləndirilməsi üçün fəaliyyət göstərir. Berlin prosesinin iştirakçıları Almaniyadan başqa Fransa, İtaliya, Avstriya, Sloveniya, Xorvatiya, Böyük Britaniya və Polşadır.

Xudaferin.eu

14:57