Petar Stoyanov: Azərbaycan təkcə Bolqarıstan üçün deyil, digər ölkələr üçün də vacib tərəfdaşdır

Azərbaycan bizim üçün dost ölkədir. Bolqarlar ölkənizi çox sevirlər və sizə ən xoş arzularımızı yetiririk. Azərbaycan təkcə Bolqarıstan üçün deyil, digər ölkələr üçün vacib tərəfdaşdır.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun iştirakçısı, Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov söyləyib.
Qlobal Bakı Forumunun dünyada ən yaxşı təşkilatçılığı ilə seçilən tədbirlərdən biri olduğunu diqqətə çatdıran P.Stoyanov deyib: “Mərkəzin həmtəsisçilərindən biri kimi Forumda əvvəldən iştirak edirəm və hər zaman Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yanındayam. Biz burada bir çox maraqlı insanlarla rastlaşırıq, eyni zamanda, fəal siyasətçilərlə ünsiyyətə oluruq, bu, çox vacibdir. Mən 20 il bundan əvvəl Bolqarıstan Prezidenti olarkən Azərbaycan xalqının ümummilli lideri, sabiq Prezident Heydər Əliyev, Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze və Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl ilə saziş imzalamışdıq”.
Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən P.Stoyanov neft və qaz ixracı sahəsində ölkəmizin imkanlarını yüksək qiymətləndirib.

Xudaferin.eu

19:43