Özbəkistan jurnalistləri “Azərbaycanın Xirosiması” adlandırılan Ağdamda erməni vəhşiliyinin izlərini öz gözləri ilə görüblər
Özbəkistanın “qalampir.uz” portalının əməkdaşları Feruza Najmiddinova və Kamoliddin Zaidov Azərbaycana səfərləri çərçivəsində Gəncə şəhərinə və 28 il Ermənistanın işğalında olan Ağdama gedərək jurnalistlərin “Azərbaycanın Xirosiması” adlandırdıqları şəhərlə tanış olub, erməni vəhşiliyinin izlərini öz gözləri ilə görüblər.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalistlərin təəssüratları “qalampir.uz” portalında işıqlandırılıb. Onlar qeyd ediblər ki, Ağdam tamamilə dağıdılıb, bir salamat bina da gözə dəyməyib. Şəhərdə qismən salamat qalan bina XIX əsrə aid Cümə Məscididir, erməni vandalları bunu da istiqaməti müəyyənləşdirmək üçün saxlayıblar.
Məqalədə jurnalistlərin əvvəlcə məscidə getdikləri qeyd olunub. Bu məscid 1868-1870-ci illərdə memar Kərbalayı Səfi Xan Qarabaği tərəfindən tikilib və Qarabağ işğal olunana qədər fəaliyyət göstərib.
1992-ci il fevralın 26-da ermənilər Xocalını işğal edəndə bu məscidə 200 adamın nəşi gətirilib. İşğaldan sonra məscid dağıdılıb və talan edilib. Ermənilər ibadət evində donuz və heyvan saxlayıblar.
Məqalədə vurğulanır ki, ötən il noyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ağdam şəhərinə səfər zamanı bu məscidə gedib, dövlət başçısı Allahın evinə Quran bağışlayıb.
Yazıda Qarabağ münaqişəsi, Vətən müharibəsi haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, ötən il sentyabrın 27-də başlanan 44 günlük müharibə Azərbaycan torpaqlarının azad olunması ilə başa çatıb. Məqalədə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı haqqında da söhbət açılır.

Qulu Kəngərli
Xudaferin.eu
10:20
Digər xəbərlər