Özbəkistan mətbuatı Azərbaycanla bağlı silsilə yazılar yaymaqda davam edir

 

Özbəkistanın 1news.uz portalı jurnalist Dilbər Babacanovanın rus dilində “Bakı - yenidən qayıtmaq istədiyin şəhər” sərlövhəli məqaləsini yayıb.

Xatırladırıq ki, müəllif Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə çərçivəsində Özbəkistanın jurnalist və yazarlarının iyul ayında Azərbaycana həyata keçirilən mediaturunun iştirakçılarından biridir. Layihəyə ölkəmizin Özbəkistandakı səfirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu dəstək göstərib.

Məqalədə Azərbaycanın bayrağı, gerbi və himni haqqında danışılır, Dövlət Bayraq Meydanı ilə bağlı məlumat verilir, hündürlüyünə görə Azərbaycan bayrağının Ginnesin Rekordlar Kitabına düşdüyü bildirilir. Həmçinin Azərbaycanın inkişafı, iqtisadi imkanları haqqında da məlumat verilir. Müəllif Bakının tarixi, qədim və müasir binaları, İşərişəhər, Dənizkənarı Milli Park haqqında söhbət açır, Bakını dünyanın ən qədim və gözəl şəhərlərindən biri kimi təqdim edir.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

15:43