Naxçıvanda İran-Azərbaycan hərbi əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi Cavad Forutəni Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivləri və regiondakı mövcud vəziyyət müzakirə edilib. Qeyd olunub ki, hər iki dövlət əlaqələri daha da genişləndirmək üçün böyük potensiala malikdirlər.
İranın Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Əhməd Hüseyninin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Rabil Kətanov
Xudaferin.eu

13:17