Natiq Cəfərli: “Hökumət tez-tez deyir ki, bizdə cəmi 5% yoxsul var”

 

“Yoxsulluq səviyyəsini çox aşağı götürüb belə “nəticə” əldə ediblər”

“İnkişaf etmiş ölkələrdə vətəndaş qazancının 12%-dən çoxunu ərzağa, 10%-dən çoxunu isə kommunal ödənişlərə xərcləyirsə, artıq o yoxsul sayılır”.

Bu barədə REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.

 

“Kommunal ödənişlər üçün borc alan vətəndaşlar artıq kasıb deyillər, yoxsulluğun tam dibindədirlər”
 

“Bizdə əhalinin böyük hissəsi maaşının, təqaüdünün tamamını ərzağa xərcləyib, kommunal ödənişlər üçün isə bəzən borc alırsa, həmin vətəndaşlar artıq kasıb da deyillər, yoxsulluğun tam dibindədirlər. Hökumət tez-tez deyir ki, bizdə cəmi 5% yoxsul var, çox aşağı rəqəm indikatorları müəyyən edib, yoxsulluq səviyyəsini çox aşağı götürüb belə “nəticə” əldə ediblər”, - deyib iqtisadçı.

“Almaniyada ayda 900 avrodan aşağı gəliri olan yoxsul sayılır, bizdə isə 1800 manat maaş alan orta sinif hesab olunur”

Cəfərli onu da nəzərə çatdırıb ki, Almaniyada ayda 900 avrodan aşağı gəliri olan yoxsul sayılır, bizdə isə 1800 manat (900 avro) maaş alan orta sinif hesab olunur: “ABŞ-da illik gəliri 20 min dollardan az olan yoxsul sayılır, bizdə ilə 34 min manat (20 min dollar) qazanan kim olsa, hamı onunla qohum olmaq istəyir. Avropa Birliyinin ən kasıb ölkəsi Bolqarıstanda yoxsulluq həddi adambaşına 200 avro civarındadır. Yəni 4 nəfərlik ailəyə 800 avrodan az gəlir gəlirsə, yoxsul sayılır, bizdə 4 nəfərlik ailəyə 1600 manat (800 avro) gəlir gələndə adamlar kreditə maşın zad götürürlər. Hətta Bolqarıstan səviyyəsində olan indikatorlar bizdə tədbiq edilsə, əhalinin yarıdan çoxu yoxsulluq həddinə düşər”.

Şamo
Hurriyyet.org

 

09:21