Nasir Xülusi mollakrat rejimi tərəfindən tutuqlandı

 

 

Güney Azərbaycan Milli Hərəkatının fəalı Urmudan olan Nasir Xülusi ata evində rejimin xüsusi cəza dəstəsi tərəfindən tutuqlanaraq, 6 illik həbs cəzası üçün zindana göndərilib

Güney Azərbaycan Milli Hərəkatının fəalı Nasir Xülusi mollakrat rejimin xüsusi cəza dəstəsi tutuqlanıb. Oktyabrın 30-da mollakrat rejimin qondarma “İnqilab Məhkəməsi” tərəfindən çıxarılan haqsız həbs cəzası əsasında onu Təbrizdəki Məhkəməyə aparıblar.

Milli fəal Nasir Xülusi 2017-ci il iyunun 28-də Urmudakı mollakrat rejimin qondarma “İnqilab Məhkəməsində” mövcud rejim əleyhində təbliğat aparmaq və Tehran rejiminin  milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” kimi qondarma suçlamalarla 6 illik həbs cəzası hökmünü alıb.
Qeyd edək ki, mollakratiya rejimi Güney Azərbaycan milli hərəkatının fəallarına qarşı bu dəfə yeni uydurma suçlamalar tapıb. Bu, rejimə qarşı çıxmaq və onu sarsıtmaqdan ibarətdir. Belə bir qondarma suçlamalarla istənilən milli fəalı tutuqlamaqla digərlərini də kütləvi şəkildə qorxu altında yaşamaq zorunda qalması kimi hədəfləri irəli sürməkdədir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:56