Müdafiə Nazirliyi: Ermənistan ordusunun hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”,-deyə məlumatda qeyd olunub.

Xudaferin.eu

14:34