Müdafiə Nazirliyi: Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvünün öldürülməsi barədə məlumat əsassızdır

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyi bildirir ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.

Xudaferin.eu

23:44