Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu məzuniyyətdə olarkən ürək çatışmazlığından vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyirik.

Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!” - deyə məlumatda qeyd edilib.

Xudaferin.eu

16:21