Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun guya Ermənistanla dövlət sərhədi istiqamətində qarşı tərəfi atəşə tutması ilə bağlı məlumatlar yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədi istiqamətində qarşı tərəfin atəşə tutulması ilə bağlı Ermənistanın yaydığı məlumatlar yalandır, reallığa uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Bu qarşı tərəfin növbəti dezinformasiyasıdır”, - deyə məlumatda vurğulanıb.

Xudaferin.eu

15:28