Məşhur səyyah Ağrı dağı haqqında nə deyib? – sirli dağla bağlı maraqlı FAKTLAR

Ağrı dağı Türkiyənin ən yüksək dağıdır. Nuhun Gəmisinə Böyük Tufandan sonra ev sahibliyi edən bu dağ çox önəmli bir ərazidir. Buna görə də yalnız dağ kimi görünmür. Ağrı dağı bir çox dildə fərqli adlara sahibdir. Bunlar  Masis, Çiyayê Agirî, Kuh-i Nuh, Cebel El Harisdir.

Xudaferin.eu istinad Musavat.com sizlərə Ağrı dağı haqqında maraqlı faktları təqdim edir.

Ağrı Dağının özəllikləri

Ağrı dağı Türkiyənin şərq ucqarında, Ağrı vilayətinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan isə 32 km qərbdədir. Ağrı dağı Qərbi Asiyada üçüncü ən məşhur dağdır.

Ağrı Dağı fotoğrafı

5 min 137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Ağrı dağı 4 min metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunub. 4 min 250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülüb. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Ağrı dağına qalxmaq və enmək təxminən 3-4 gün çəkə bilər. Buraya qalxmaq üçün ən çox seçilən aylar iyul və avqustdur.

Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylağı və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir. Hər iki dağın ətəyinin birlikdə çevrəsi təqribən 128 km-dir. Dini ədəbiyyatda, Nuhun gəmisinin saya oturduğu ilk yerin bu dağın zirvəsi olduğu qeyd olunur.

agri-dagi

Ağrı dağı Türkiyə, Ermənistan, Azərbaycan və İran arasında dördkünc nöqtəni təşkil edir. Zirvəsi həm İran sərhədindən, həm də Naxçıvan sərhədindən 16 km qərbdə və Ermənistan sərhədindən 32 km (20 mil) cənubda yerləşir.

Ağrı “Türkiyenin çatısı” (Türkiyənin damı) olaraq da adlandırılır.

Ağrı dağının dini əhəmiyyəti

Ağrı Dağı xristian inancına görə Böyük Tufandan sonra Nuhun gəmisinə ev sahibliyi etməsinə görə, əfsanəvi xüsusiyyəti olan bir dağdır. Bir inama görə, bu dağ Əhdi-Ətiqin yaradılışında Nuhun gəmisinin yerləşdiyi dağdır. Ancaq Quranda Nuhun gəmisinin "Cudi dağında oturduğu" bildirilir. 1950-ci illərdə havadan çəkilmiş fotolarda gəmiyə bənzər fiqurlar Nuhun gəmisinin olması kimi şərh edilsə də, sonradan bunun əsassız olduğu ortaya çıxıb

Ağrı dağının alpinizm tarixi də çox qədimdir. Məşhur səyyah və yazıçı Marko Polo yazılarında bu dağın "əsla çıxılması mümkün olmayan bir dağ" olduğunu söyləsə də, təəssüf ki, yanılıb. Çünki 9 oktyabr 1829-cu ildə səyyah Frederik Parat Ağrı dağına çıxmağı bacarıb. Qeydlərə görə, Frederik Parat Ağrı dağına çıxan ilk şəxsdir.Ağrı dağı üzərində ilk elmi tədqiqatlar 1956-cı və 1973-cü illər ərzində müxtəlif səyyahlar tərəfindən həyata keçirilib.

1990-cı ildə Ağrı dağına qalxmaq qadağan edilsə də bu qadağa 1998-ci ildə ləğv edilib.

xudaferin.eu

09:29