Əsəd bəy Məşədi Həsən oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.
Məşədi Əsəd bəy Şuşada oxuyub, təhsilini başa vurandan sonra böyük qardaşı, yüksək çinli dövlət məmuru Mirzə Kərim bəy Hacıyevdən pul alaraq ticarətə başlamışdı. O dövrdə Şuşa camaatının çoxu Aşqabadla Məşhəd arasında ticarətlə məşğul olurdu. Məşədi Əsəd bəy də onlara qoşuldu.
Məşədi Əsəd bəyin qardaşı Mirzə Kərim bəy Hacıyevlə yazışarkən sözləri nəzmə çəkirdi.
Məşədi Əsəd bəyin əmisi Hacı Qurban Kərbəlayı Məmmədəli oğlu da dövrünün ziyalılarından sayılırdı. Onun uşaqları da Xorasanda alverlə məşğul idilər.
Məşədi Əsəd bəy Qarabaği 1908-ci ildə Xorasanda vəfat edib.
Məşədi Əsəd bəy şair idi. Onun haqqında ilkin bilgi verən Məhəmməd ağa Müctəhidzadə yazır: “Gah-gah hicleyi xatirindən nəhayət dərəcədə gözəl sözlər zahir olur idi. Kəlamı ilə fil-hal öz zatı kimi gözdən qayibdir, məgər bir fərd ki, neçə qəzəllərə bədəldir:
Çeşm dünbalinə, zahid, o düşən xal deyil,
Daneyi-səbhədi kim, guşeyi-mehrabə düşüb.
Məşədi Əsəd bəy qəzəllərinin birində yazırdı:
Yetişməmişdi xəzan gülüstani-eyşimizə,
Nigarımız var idi, nobaharımız var idi... (Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin. Bakı: Azərbaycan, 1995, 248 s.)
Məşədi Əsəd bəy Qarabaği uzun olmayan bir ömür yolu keçmiş, lakin məhsuldar işləmiş, böyük bir irs qoyub getmişdir.
Məşədi Əsəd bəy Qarabaği şeirlərində vətənpərvərlik, mövhumatçı mollalara nifrət, yoxsul xalq kütlələrinə rəğbət hisslərinin ifadə olunur.
Tarixin gərdişi elə olmuşdur ki, Məşədi Əsəd bəy Qarabaği bir neçə dildə eyni səviyyədə yazıb yaratmışdır. Onun farsca şeirləri Azərbaycanda itib-batmışdır. Amma Məşhəd kitabxanasında onun bir neçə əlyazması mövcuddur.
Məşədi Əsəd bəy Qarabağinin həyatı və yaradıcılığı ilk dəfə tədqiq edilir. Bu şairin poeziyasını, şeirinin dərin fəlsəfi məzmununu, sənətkarlıq xüsusiyyətlərini öyrənməklə ədəbiyyatşünaslığımıza yeni töhfə verə bilərik.
Məşədi Əsəd bəy Qarabaği: Unutduğumuz şair

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
12:04
Digər xəbərlər