Mövlud Çavuşoğlu: Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət edəcəyik

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü barədə tviterdəki səhifəsində paylaşım edib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, M.Çavuşoğlu tviterdəki paylaşımında bildirib: “İslam Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində İslamabadda Can Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qafqazdakı vəziyyəti müzakirə etdik. Bölgəmizdəki normallaşmanın hər mərhələsində birgə fəaliyyəti davam etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistanda səfərdədir. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Günel Məlikova

Xudaferin.eu

14:53