Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən Rusiya hökumətinin saytına istinadla xəbər verir ki, oktyabrın 20-də keçirilən iclasda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iştirak ediblər.

Məlumatda deyilir ki, oktyabrın 20-də üçtərəfli İşçi qrupun 8-ci iclasının birinci hissəsi keçirilib. Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanat çərçivəsində görülən işlərin gedişi müzakirə olunub.

İşçi qrupunun 8-ci iclasının ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə edilib.

Fəridə Abdullayeva

Xudaferin.eu

15:38