Moldova portalı Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsindən yazıb

Moldovanın nüfuzlu “tv8.md” xəbər portalında Bakı və Şuşa şəhərlərində keçirilən Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi barədə geniş məqalə dərc edilib.

AZƏRTAC-ın materialına istinadla yayılan məqalədə müşavirədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxış etdikləri qeyd olunub.

Bildirilib ki, çıxışlarda Azərbaycan Respublikasının xarici siyasətinin prioritetləri, müasir dövrdə üzləşdiyimiz çağırışlar və bu çağırışların qarşısının alınması istiqamətində görülən tədbirlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, ikitərəfli və çoxtərəfli platformalarda iştirakı, əməkdaşlıq perspektivləri kimi mövzular haqqında fikirlər səsləndirilib. Diplomatik nümayəndəliklərin rəhbərlərinə müvafiq istiqamətlər üzrə təlimatların verildiyi vurğulanıb.

Emil Hüseynli

Xudaferin.eu

16:26