MN: Ordumuzun atəş açması nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.

Xudaferin.eu

16:18