MN: Ermənistan tərəfinin Qaragöl ətrafında Azərbaycan Ordusu bölmələrinin guya təxribat törətməsi barədə yaydığı məlumat yalandır

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Xudaferin.eu

15:28