MN: Digər ölkələrə aid nəqliyyat vasitələrinin Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiya MN-ə və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktublarda qeyd edilib ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin, Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

Xudaferin.eu

16:13