Misir portalı: Şuşa regionun diplomatiya mərkəzinə çevrilib

Misirin “Əl Diplomasi” portalında xarici beyin mərkəzlərinin, o cümlədən Misirin “Hivar” Strateji Araşdırmalar Mərkəzinin nümayəndələrinin iştirakı ilə Şuşa şəhərində “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfrans haqqında xəbər yayımlanıb.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, portalda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviter səhifəsində paylaşımına istinadla konfrans iştirakçılarının Füzuli Beynəlxalq Hava Limanı və Ağdamda ərazilərin minalardan təmizlənməsi işləri ilə tanış olmaları barədə məlumat verilib. Xəbərdə vurğulanıb ki, Azərbaycan rəsmisi Şuşa şəhərinin artıq regionun diplomatiya mərkəzinə çevrildiyini bildirib.

Oqtay Bayramov

Xudaferin.eu

15:54