Misir mətbuatında “Azərbaycan Prezidenti Britaniya Kraliçasına Qarabağ atı hədiyyə edib” sərlövhəli yazı dərc olunub

AZƏRTAC

Misir mətbuatında “Azərbaycan Prezidenti Britaniya Kraliçasına Qarabağ atı hədiyyə edib” sərlövhəli yazı dərc olunub
20.05.2022 [14:42]SİYASƏT
Qahirə, 20 may, AZƏRTAC

Misirin nüfuzlu “Youm7” nəşrində “Azərbaycan Prezidenti Britaniya Kraliçasına Qarabağ atı hədiyyə edib” sərlövhəli yazı dərc olunub.
AZƏRTAC-a istinadla dərc olunan materialda qeyd olunub ki, Böyük Britaniya Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Kraliça II Elizabetə Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub. Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatların yer aldığı sertifikatla birlikdə yeni sahibinə təhvil verilib. Kraliça II Elizabet hədiyyəyə görə təşəkkür edib, Vindzor Kral Atçılıq Şousu tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.
Yazıda diqqətə çatdırılıb ki, 1956-cı ildə SSRİ-nin rəhbəri Nikita Xruşşov Kraliça II Elizabetə “Zaman” adlı Qarabağ atı hədiyyə edib. Ancaq həmin at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzor sarayında Kraliçaya təqdim edilib.

Oqtay Bayramov

Xudaferin.eu

23:14