Milli Məclisin növbəti plenar iclası keçirilir

Dekabrın 15-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

Xudaferin.eu AZƏRTAC - istinadən xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

Deputatlar əvvəlcə “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsinə baxacaqlar. Sonra “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunacaq.

İclasda, həmçinin Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda (ikinci oxunuş), “Əmanətlərin sığortalanması haqqında” qanunda (ikinci oxunuş), Əmək Məcəlləsində (ikinci oxunuş), “Təhsil haqqında” Qanunda (ikinci oxunuş), “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda (ikinci oxunuş) dəyişikliklər edilməsi, eləcə də Gömrük Məcəlləsində (ikinci oxunuş) və Vergi Məcəlləsində (ikinci oxunuş) dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri səsə qoyulacaq.

Xudaferin.eu

12:04