Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, iş planına 10 məsələ daxil edilib:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;

3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

4. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

5. “Lombardlar haqqında” qanun layihəsi;

6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

7. “Ali təhsil haqqında” qanun layihəsi;

8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Xudaferin.eu

16:22